"Whatsapp" vasitəsi ilə məlumat toplayan "Facebook" bunu Avropada edə bilməyəcək.

Unikal.org xəbər verir ki, "Facebook" Birləşmiş Krallığın qadağasına əsasən, "Whatsapp" vasitəsi ilə Avropa ölkələrində istifadəçilərinin məlumatını toplamağı dayandırıb.

Lakin "Facebook"un açıqlamasına görə, bu, müvəqqətidir. Bir müddət sonra yenə də Avropa ölkələrindəki istifadəçilərin də məlumatları toplanacaq.

Qeyd edək ki, "Whatsapp" 2014-cü ildə 19 milyard dollar qarşılığında "Facebook"a satılıb. Məlumatların "Facebook"a ötürülməsi əməliyyatı isə avqust ayından başlayıb.(milli.az)