Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarında artıq köhnə binaların sökülüb yerində yeniləri inşa olunur. Beş il müddətinə nəzərdə tutulan layihəyə artıq start verilib.

Unikal.org qafqazinfo.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu Faiq Yusifov 10 ünvanında söküntü işlərinə başlanılıb. Burada istismar müddəti bitmiş 5 ikimərtəbəli binanın söküntüsü nəzərdə tutulub.

Böyük işçi qüvvəsinin cəlb olunduğu layihəyə əsasən, hazırda söküntü işləri aparılır. İş icraçıları bildirib ki, həmin binalarda yaşayan sakinlər 18 ay müddətinə kirayəyə çıxarılıb. Həmin müddət ərzində sakinlərin kirayə haqqı tikinti şirkəti tərəfindən ödənilir. İnşaat işləri tamamlandıqdan sonra sakinlər yeni təmirli mənzillərə köçürüləcək.

Bildirilib ki, pilot layihənin əsas məqsədi şəhərin memarlıq üslubuna xələl gətirən, bərbad vəziyyətdə olan tikililərin yerində yeni və müasir standartlara cavab verən binaların salınmasıdır. Hazırda tikilən binalar 16 mərtəbəli olacaq və qısa zaman ərzində tikintisinə başlanılacaq.

Tikintiyə Nərimanov rayon İcra Hakimiyyəti nəzarət edir və "İnkişaf S şirkəti tərəfindən aparılır.

Nərimanovda köhnə binaların söküntüsü başladı - FOTOLAR
Nərimanovda köhnə binaların söküntüsü başladı - FOTOLAR