Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən bildirir ki, 30 yaşlı Orxan Şiriyevyaşadığı Fatmayı qəsəbəsində bıçaqlanıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə dərhal xəstəxanya çatdırılıb.

Orxan Şiriyevin hansı şəraitdə və kim tərəfindən bıçaqlanması məlum deyil. Yaralının vəziyyəti ağır olduğundan, polis əməkdaşları onun ifadəsini ala bilməyiblər.