Bakı-Qazax magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında magistral yolun 448-ci kilometrliyində, Qazax rayon ərazisində qeydə alınıb. "VAZ - 2106" və "VAZ - 2107" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.