23 Oktyabr 2019
2 aylıq qız beşikdən yıxıldı, öldü -
2 aylıq qız beşikdən yıxıldı, öldü - HADİSƏ 10:24 2016-03-05

 

Qobustan qəsəbəsi massiv 8-də yaşayan Şahin Babayevin 2 aylıq qızı bədbəxt hadisə nəticəsində vəfat edib.

Unikal.org "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, bu ilin yanvarın 3-də dünyaya göz açan Bahar bir neçə gün öncə evdə beşiyindən yıxılıb.

Körpə, kəllə-beyin travması ilə Nevrocərrahiyə xəstəxanasına yerləşdirilib. Xəstəxanada bir həftə müalicə olunduqdan sonra orada vəfat edib.

Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.