Xəbər verdiyimiz kimi NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov qurumun 62-ci illik sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.

Unikal.org xəbər verir ki, tədbir çərçivəsində Xarici işlər naziri Mövlüt Çavuşoğluya Ermənistan Millət vəkili Koryun Nahapetyan təxribatçı sual verib. Erməni deputat Türkiyəni DEAŞ terror təşkilatına dəstək verməkdə günahlandırıb.

Nazir Çavuşoğlu, Türkiyə yaranandan bu günə qədər qədər qonşuları ilə sülh içərisində yaşamağa çalışdığını deyib. Amma Ermənistanı həmişəki kimi bu dəfədə yalan danışdığını deyib.

Çavuşoğlu ermənistanlı millət vəkilinə deyib ki, siz burada oturub elə sual verirsiniz ki, sanki burada barış mələyisiz:

"İndi mənsizə sual vermək istəyirəm. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur. Azərbaycan torpaqlarının 20 faizini kim işğal edib? Mənmi işğal etdim? Qarabağı mənmi işğal etdim?Siz işğal etmisiniz. Siz Azərbaycan torpaqlarından niyə çıxmırsız? Siz Azərbaycan torpaqlarından çıxarsanız biz sərhədlərimizi açarıq dedik. Siz isə bizə dediniz ki, Azərbaycana görə bizə niyə şərt qoyursuz. Bizdə dedik ki, Azərbaycan bizim qardaş ölkəmiz. Biz bir millət iki dövlətik. Azərbaycanının problemi bizim problemdir.