Leonardo Di Kaprionun sevənlərinə verdiyi avtoqraf birmənalı qarşılanmayıb.

Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, Di Kaprio Şotlandiyanın paytaxtı Edinburqda nahar etdikdən sonra restoranı tərk edərkən fanatlarının imza və selfi istəklərini geri çevirməyib. Lakin, Di Kaprionun imza adı ilə kağızı qaralaması sevənləri tərəfindən özlərinə qarşı hörmətsizlik kimi qiymətləndirilib və sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.