Azərbaycan son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməklə, Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. Onun illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini üstələyir.

Unikal.org xəbər verir ki, bunu ABŞ-ın "Bloomberg agentliyi apardığı qiymətləndirməyə əsasən yazıb.

Agentlik qeyd edir ki, regionda silahlanma yarışı ciddi problemə çevrilməkdədir:

"Ermənistan "İskəndər raket kompleksləri aldığı halda, Azərbaycan da İsraildən "kamikadze PUA-ları alır və Pakistanla yüksək texnoloji silah növlərinin alınmasına dair danışıqlar aparır. Bütün bunlar son illər ərzində münaqişənin ən ciddi kəskinləşdiyi aprel döyüşlərindən cəmi 7 ay sonra baş verir.

Böyük Britaniyanın "Chatham House Tədqiqat Mərkəzinin ekspertləri silahlanma yarışının daha ciddi hal aldığını və bunun gələcəkdə toqquşma ehtimalını artırdığını hesab edirlər.

"Bloombergin məlumatına görə, Azərbaycan və Ermənistan son 10 ildə hərbi xərclərə ümumilikdə 27 mlrd. dollar vəsait sərf ediblər. Silah alışına ayrılan vəsaitə gəldikdə isə, Azərbaycan liderdir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Azərbaycan son 10 il ərzində silah alışına 22,7 mlrd. dollar xərcləməklə, Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. "Bloomberg yazır ki, onun illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini üstələyir.