Bakı şəhərində ata və oğlu bıçaqlanıb.

Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə martın 4-dən 5-nə keçən gecə rayonun Balaxanı qəsəbəsindən qeydə alınıb. Qəsəbə sakinləri - Valeh Quliyev və oğlu Bəyəli kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. Sabunçu polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən qəsəbə sakini Nəriman Şahmirzəyev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.