Xalq artisti Aygün Kazımova müğənni Natavan Həbibinin toyunda iştirak edəcək.

Unikal.org  xəbər verir ki, bu barədə prodüser Tolik "ATV maqazin onlarla verilişinə açıqlamasında söyləyib.

Prodüser N. Həbibinin toyu barədə bəzi detallar açıqlayıb:

"Natavanın xeyir işini Türkiyədə olarkən bilirdim. Onun toyunun təşkilatçısı mən olacam. Natavan istəyir ki, toyunu mətbuata qapalı etsin. Mən isə bununla razılaşmıram. Deyirəm ki, jurnalistlər gəlib xoş gününü işıqlandırsınlar. Birdə gördüz ki, Aygün Kazımovayla Natavanın toyuna getdik. Onların konsertini təşkil edəcəm. 2017-ci ildə layihə reallaşacaq. Aygün və Natavan rəsmən barışıblar.