Bakıda yaşayış evində partlayış olub.

Unikal.org bildirir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Adil Kazımovun evində baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə ev dağılıb, xəsarət alan A.Kazımov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.