Prodüser Tarix Əliyev (Tolik) "ATV maqazin onlarla verilişinə açıqlamalar edib.

Unikal.org-un məlumatına görə, prodüser bildirib ki, bir çox qız ifaçılar ona işbirliyi təklif edib:

"Müğənni ilə statusuna görə işləyirəm. Onun sənəti yoxdursa pulu olsa belə, yanında olmaram. Onların "daydayıları ola bilər. Amma mənim adım Aygün Kazımova, Röya Ayxanla hallanıb. Onun yox, mənim adım o müğənniyə kömək edəcəksə, niyə onla çalışım? Ondansa tanınmamış birini götürüb müğənni edərəm. Röyanın vaxtında çox pul qazanmamışam. Röya 3 min verib mənə maşın aldı, evimin kirayəsini ödəyirdi. Röya ilə faizə çalışmırdım. Aygün Kazımova və Eltonla (müğənni Elton Hüseynəliyev - red.) faizlə işləmişəm. Mən Aygün xanımla və Eltonla çalışanda, yaxşı pul qazanmışam.