Hacıqabulda avtobus qoyun sürüsünə girib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, noyabrın 20-də Hacıqabul rayonunun Atbulaq kəndində Gəncə şəhər sakini Fərid Hacıyev idarə etdiyi "Mercedes" markalı avtobusla yolun hərəkət hissəsinə çıxan 17 baş qoyunu vurub.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.