Son doqquz ildə "113 xidmətinin dispetçer mərkəzinə yol-nəqliyyat hadisələri ilə bağlı 9 394 müraciət qəbul edilib.

Unikal.org-un məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ölkədə yol nəqliyyat hadisələri zamanı zərərçəklərə göstərilən tibbi yardıma həsr edilən tədbirdə bildirilib.

Qeyd olunub ki, bu hadisələr zamanı 12 223 zərərçəkənə yüksək səviyyəli tibbi xidmət göstərilib. Bu pasientlərdən 7866 (64%) nəfər xəstəxanaya yerləşdirilib. Ölkədə yol nəqliyya hdisələri zamanı zərərçəkənlərin sayı azalmağa doğru gedir. Belə ki, bu ilin yanvar- oktyabr aylarında yol nəqliyyat hadisələri ilə bağlı 794 müraciət qeydiyyata alınıb. Bu isə keçən ilin analoji göstəricisindən 15% azdır. Bu hadisələrdə 1140 zərərçəkən qeydə alınıb, bu isə keçən ilin analoji göstəricisindən 7% azdır. Ümumilikdə zərərçəkənlərin 758 (66%) nəfəri xəstəxanaya yerləşdirilib.

Tədbirdə o da bildirilib ki, yol nəqliyyat hadisələri ilə bağlı çağırışlar ən çox Şirvan, Kürdəmir, Yevlax, Siyəzən, Gəncə və İmişli məntəqələrinin xidmət göstərdiyi ərazilərdə baş verib.

Bundan başqa, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2009-2016-cı illər ərzində yol nəqliyyat hadisələri ilə bağlı daxil olan müraciətlərin və zərərçəkənlərin sayı həmçinin son 2 il ərzində azalmağa doğru gedir. Son zamanlar ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayı da azalıb. Belə ki, bu ilin yanvar ayından noyabr ayınadək yol nəqliyyat hadisələrində xəsarət alanların sayı 1984, xəstəxanaya yerləşdirilənlərin sayı 1677 nəfər təşkil edib. BŞTTYS-nin 21 bölməsi üzrə aparılan araşdırmalar göstərmişdir ki, yol nəqliyyat qəzaları daha çox Bakı şəhərinin Sabunçu, Yasamal, Binəqədi və Nərimanov rayonlarının payına düşür.