İspaniya futbol çempionatının "Atletiko Madrid" və "Real Madrid" qarşılaşmasında Kriştiano Ronaldo və Koke arasında mübahisə yaranıb.

Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, derbi qarşılaşması zamanı rəqib komandanın futbolçuları arasındakı söz atışması diqqətdən yayınmayıb. Oyunda het-trikə imza atan Ronaldo daha sonra komanda yoldaşlarına Koke ilə arasındakı dialoqun nə olduğunu danışıb:

"Koke mənə "homoseksual" dedi. Mən də cavabında "Bəli, mən homoseksualam, əclaf. Amma çox varlıyam" dedim. Dediklərinin qarşılığında daha heç bir şey etməyəcəm".