Dünən bakının məşhur univermaqlarından birində oğurluq hadisəsi baş verib.

Saat 15:00 radələrində piştaxtaya yaxınlaşan orta yaşlı xanım qızıl boyunbağını götürərək aradan çıxıb.

Unikal.org bildirir ki, bu barədə a24.az-a həmin univermağın qızıl bölməsinin satıcısı xəbər verib:
"Xanım müştəri qismində vitrinə yaxınlaşdı, bir neçə ziynət əşyasına baxıb bəyənmədiyini dedi. Mən digər müştəri ilə maraqlanan zaman o, 70-80 azn dəyərində olan boyunbağını oğurlayıb".

Ticarət mərkəzində olan kameralardan oğurluq hadisəsi öz təsdiqini tapıb.