"Biz hökumət qarşısında özəlləşdirilən obyektlərin borc problemlərinin, onlarda sosial ödəmələrin problemləri ilə bağlı məsələlər qaldırmışıq".

Unikal.org APA-ya istinadən xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.

"Bu problemlə bağlı borcların silinməsi və köhnə borcların təmizlənməsi, restruktrizasiya edilməsi ilə bağlı yeni təkliflər vermişik. Bu da özəlləşmədə yeni dövrün başlanmasına işarədir", - deyə K.Həsənov bildirib.

Komitə sədri əlavə edib ki, bu il 10-dan çox hərracda 500-dən artıq dövlət müəssisə və obyekti satışa çıxarılıb. Xarici şirkətlərin hərraca çıxarılan hansı obyektlərə daha çox maraq göstərməsinə gəlincə, K.Həsənov qeyd edib ki, xarici investorlar əsasən neft kimyası, neft maşınqayırması, aqrar sektorlarda olan müəssisələrlə maraqlanırlar.