Xalq artisti Ramiz Məlikin sosial şəbəkədə şlyapalı ilan şəklini paylaşıb, onu Elza Seyidcahana bənzətməsi, üstəlik sənətçiyə "dəli deməsi qarşı tərəfi özündən çıxarıb.

Unikal.org-un məlumatına görə, publika.az-a açıqlama verən Elza Seyidcahan qocaman aktyoru hədəfə alıb:

"Mən o aktyoru bir neçə tamaşadan xatırlayıram, amma üz-üzə gəlməmişəm. Amma qoca aktoyrun rolları ilə deyil, mənim adımla özünü gündəmə gətirməsi sevindirici haldır. Ona demək istəiyrəm ki, dəlilik dahilik əlamətidir. Adam var dahilikdən dəli olur, adam da var, qocaldıqca ağlını itirib dəliyə çevrilir. O, ilan fotosu paylaşıb mənə bənzədib. Mən ilan ilindən olsaydım, onun üstünə hücum çəkib sancardım. Amma ağıllı meymun ilindən olduğum üçün müdrik fəndlərim var. Nə deyim, qocalıb, ağlını itirib, Allah onu dəlixanaya düşməkdən qorusun. Mən dahilikdən dəliyəm və dəlixanaya düşməmişəm. Amma o aktyor deyəsən, özü birbaşa dəilixanalıqdır.

***
Xalq artisti Ramiz Məlik bəstəkar-müğənni Elza Seyidcahanı təhqir edib.

Aktyor sosial şəbəkədə şlyapalı ilan şəkili paylaşıb. Şəkilə rəy yazan Ramiz Məlik Elza Seyidcahanı dəli adlandırıb: "Lap dəli Elza Seyidcahana oxşayır.