Lənkəran şəhərində ahıl ər-arvadın evlərində meyiti aşkarlanıb.

Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hadisə şəhərin Şəhidlər xiyabanı 10 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti bu gün saat 13.00 radələrində tapılıb.
Ölümün səbəbləri hələlik məlum deyil. Onların hər ikisinin ağzından qan axdığı bildirilir.

Meyitlər müayinə üçün morqa aparılacaq.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Lənkəranda evdə ər-arvadın meyiti tapılıb -  Fotolar
Lənkəranda evdə ər-arvadın meyiti tapılıb -  Fotolar