İstanbulun Bayrampaşa rayonunda plastik məhsullar istehsal edən zavodda yanğın güclü baş verib.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və təcili tibbi yardım briqadaları göndərilib. Yanğın zavodun yaxınlığındakı üçmərtəbəli binaya da keçib.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Xeyli sayda insanın tüstüdən zəhərləndiyi deyilir.