"5/5 verilişində qonaq olan aşıq Samirə Əliyeva anasının ona qoyduğu qadağalardan danışıb.

Unikal.org-un məlumatına görə, ifaçı bildirib ki çox həssasdır ona görə də anası ona əsəbləşir:

"Anam mənə qadağa qoyub ki, efirdə pessimist olma, ağlama. Emosional biriyəm, efirdə aparıcı bir sual verən kimi, gözlərim dolur. Efirdə ağlamağım üstündə həmişə anamla mübahisələrimiz düşür. Nəinki efirdə, deyir, həyatda da ağlama, gözün yaşlı olmasın. Bir də anam ailə mövzusunu efirə çıxaranda əsəbiləşir. Bu mövzuda danışmağa qoymur".

"Anam bu mövzuda danışmağa qoymur"