Dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşən Xınalıq kəndində ilin, demək olar, altı ayı qarlı və şaxtalı hava hökm sürür. Quba rayonunun bu ucqar dağ kəndində ötən günlərdə mənfi 16 dərəcəyədək şaxta qeydə alınıb. Amma belə hava şəraiti bu yerlər üçün adi hal sayıldığından, kənd sakinləri üçün xüsusi çətinlik yaratmır.

Unikal.org azertag-a istinadən xəbər verir ki, Xınalıq kəndinin qış mənzərələrini təqdim edir. Fotoları bizə kənd sakini Namiq Xınalıqlı göndərib.