Hollivudun ulduz aktyoru, "300 spartalı" filminin qəhrəmanı Cerard Batler canlı yayımda jurnalisti nokauta salıb.

Unikal.org anspress-ə istinadən verdiyi məlumata görə, aktyor jurnalistin sualına qəzəblənib. Jurnalist aktyora "Real həyatda da filmdə olduğu kimi vuruşa bilərsinizmi?" sualını verib.

Tanınmış aktyor Cerard Batler isə gülərək gücünü sübüt etmək üçün jurnalistə əli ilə zərbə vurub və onu nokauta salıb. Lakin sonradan anlaşılıb ki, aktyor və jurnalist süni səhnəcik qurublar. Amma buna baxmayaraq aktyorun fanatları onun bu hərəkətindən zövq alıblar. Sosial şəbəkədə video sürətlə yayılıb. 

Cerard Batlerin kinodebütü 1997-ci ildə "Missis Braun" filmində baş tutub. Həmin il Bond filmləri silsiləsindən olan "Sabah heç zaman ölməyəcək" filmində epizodik rola çəkilib. Hunların tarixindən bəhs edən "Atilla" filmindəki obrazı aktyora məşhurluq gətirib. Bu rolda Batler ilk dəfə olaraq döyüşçü aktyor kimi özünü göstərib. "Atilla"nın uğurundan sonra Batler böyük layihələrə dəvət alıb.