Rusiyada neft yatağında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Unikal.org TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yamal-Nenetsk Muxtar Dairəsinin Nadım rayonunda qeydə alınıb.

Məlumata əsasən, "Yarudeysk" neft-qaz-kondensant yatağında geoloji kəşfiyyat işləri aparılarkən naməlum səbəbdən partlayış baş verib. Bir nəfər hadisə yerində ölüb, daha 2-si Nadım xəstəxanasına yerləşdirilib. 

Hadisə ilə bağlı araşdırma aparılır.(apa)