Azərbaycan prezidenti İlham Əliyev"Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Unikal.org xəbər verir ki, fərmanda qeyd olunur ki, "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə"yə 9.4-1-ci bənd əlavə edilsin.

Həmin bənd komitəyə yaşıllıqların bərpası üçün ərazilərin ayrılmasına rəy vermək səlahiyyətini verir.