Adanada mal-qara alveri ilə məşğul olan İbrahim 7 il əvvəl ölən anasının yastığından külli miqdarda pul tapıb.

Unikal.org xəbər verir ki, İbrahim pulları başqa evə köçərkən tapıb. O, əşyaları yerləşdirərkən yastığın içərisindən külli miqdarda pul tapıb.

Lakino, bu hala sevinə bilməyib. Çünki onun tapdığı pullar köhnə pullar olub və dəyərini 2005-ci ildə itirib.

Jurnalistlərə açıqlama verən İbrahim deyib:

"Pullar köhnə olduğuna görə bilmirəm nə edim. Dostlarım mərkəzi banka getməyi tövsiyə edirlər. Ammafaydası olar, ya yox, onu bilmirəm".