Xəbər verdiyimiz kimi, "Amerika-Azərbaycan Alyansının sədri, nəqliyyat naziri  Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasiminə dəvət olunub. İş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də bu ölkədə səfərdə olacaq.

Unikal.org-un musavat.com-a istinadən məlumatına görə, Ziya Məmmədov oğlunun ABŞ prezidentinin inaqurasiya mərasiminə dəvət edilməsi barədə yayılmış xəbərə münasibət bildirib.

"Bu xəbərləri hardan alırsınız, bilmirəm. Mənim xəbərim yoxdur. Mən o xəbərlərlə məşğul deyiləm. Heç bir dəvət də olmayıb. Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil. Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir. Xahiş edirəm, belə şeylərlə bağlı məni narahat etməyin.