Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi noyabrın 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı, şaxtalı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb.

Nazirlikdən unikal.org-a verilən məlumata görə, düşən yağıntının miqdarı Şabranda 4, Çilov adası, Qəbələdə 3, Oğuz, İsmayıllı, Kişçay (Şəkidə) 2 mm olub.

Qar örtüyünün hündürlüyü Altıağacda 8, Lerikdə 4, Xınalıqda 3, Şabran, Rvarudda 2, Pirallahı, Qəbələ, Şamaxıda 1 sm olub.

Havanın minimal temperaturu Abşeron yarımadasında 4-6, Aran rayonlarında 0-4, dağlıq rayonlarda və Naxçıvan MR-da 8-12, Böyük Qafqazın yüksək dağlıq ərazilərində 14 dərəcə şaxta təşkil edib.