Şəki rayon Turan qəsəbəsinin sakini 19 yaşlı Tunar Aydın oğlu Allahverdiyev qaraciyər serrozundan əziyyət çəkir. 

Onun anası Nəzakət Allahverdiyeva Unikal.org-a bildirib ki, hazırda oğlu Mərkəzi Neftçilər Xəstəxanasındadır: "Oğlumun vəziyyəti çox ağırdır. Həkim deyir komaya düşsə ayıltmaq çətin olacaq. Ailəmizin maddi durumu yaxşı deyil. Övladıma qaraciyər köçürülməsi üçün 45 min AZN vəsait tələb olunur. Mənim də buna imkanım çatmır. Əgər pul olmasa övladım həyaını itirəcək".

Valideyinlərinin dediklərinə görə, Tunarın bu vəziyyətə düşməsinə  səbəb ona birinci dəfə səhv diaqnozun qoyulmasıdır. Anası qeyd edir ki, həkimlər 19 yaşlı oğlunu bir ay sarılıqdan müalicə edib. Sonra Tunarın səhhəti daha da pisləşib.

N.Allahverdiyeva imkanların şəxslərdən ona dəstək olmalarını və övladının həyatını xilas etmələrini xahiş edir: "Hər kəsdən övladımın həyatını xilas etmək üçün mənə dəstək olmalarını xahiş edirəm".

Tunarın müalicəsi ilə bağlı yardım etmək istəyənlər üçün əlaqə telefonu:
(077) 547 30 63
(055) 435 50 73