Dünən ABŞ-da Şükran günü ilə bağlı milyonlarla insan qohumları ilə görüşmək üçün evdən çıxıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, nəticədə küçələrdə böyük tıxac yaranıb. Ən böyük tıxac Los Ancelesdə yaşanıb. Ətraf ştatlardan və ölkənin digər yerlərindən Şimali Kaliforniyaya təxminən 50 milyon insan gəlib və mərkəzi küçədə nəqliyyat vasitələrinin görünməmiş sıxlığı yaranıb.

Qeyd olunub ki, 405 saylı şossedə 4-5 saat ərzində 49 milyon insan tıxaca düşüb.