"Airbus - A350-1000 Fransanın Tuluza şəhərində 3 saat ərzində debüt uçuş həyata keçirib. 

Unikal.org Reuters agentliyinə istinadən xəbər verir ki, test uçuşunu yeni avialaynerin yaradılması layihəsinə sərmayə qoymuş aviaşirkətlərin rəhbərləri müşahidə ediblər. Təyyarənin ümumi qiyməti 356 milyon dollar məbləğində qiymətləndirilir."Airbusun yeni təyyarəsində 366 nəfər yerləşdirilə bilər. 
"Airbus - A350-1000 qışda intensiv sınaqlardan keçiriləcək 3 laynerdən biridir. 
Təyyarənin 2017-ci ilin ikinci yarısında istismara veriləcəyi gözlənilir.