Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilir. 

Unikal.org-un məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən "Qəbələdə növbəti oynununa çıxıb.

Belçikanın "Anderlext klubunu qəbul edən Roman Qriqorçukun yetirmələri bu dəfə də məğlub olublar. Qrup mərhələsində keçirdiyi bütün ev oyunlarında qol vurmağı bacaran təmsilçimiz bu dəfə də ənənəsinə sadiq qalsa da, bu, qələbə üçün bəs etməyib.

Qonaqlar 11-ci dəqiqədə hesabı açıblar. Bundan 4 dəqiqə sonra Rikardinyo penalti zərbəsi ilə hesabı bərabərləşdirib. İlk hissə bu hesabla başa çatıb. İkinci hissədə əldə bir neçə qol epizodunu, o cümlədən penaltini boşa verən meydan sahibləri 90 və əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə daha iki qol buraxaraq məğlubiyyətlə üzləşiblər.