Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın açılışı olub.

Unikal.org-un AzərTAc-a istinadən xəbərinə görə, Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlət başçısı binadakı mənzillərdə yaradılan şəraitlə tanış olub.

Sonra Azərbaycan Prezidenti yeni binanın sakinləri ilə görüşüb.