İsrail bu ölkədə tüğyan edən meşə yanğınları ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi üçün Azərbaycana müraciət edib.

Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, bununla bağlı prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS amfibiya tipli təyyarənin müvafiq yanğınsöndürmə avadanlıqları ilə İsrailə göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Təyyarə bu gün yola düşəcək.

Qeyd edək ki, İsraildə 2 aydır davam edən quraqlıqdan sonra noyabrın 22-də başlayan yanğınlar hələ də davam edir. Yanğınlar Qüds də daxil olmaqla 13 müxtəlif ərazidə qeydə alınıb. Onun geniş əraziyə yayılmasında küləyin də rolu olub. İsrail hökuməti yanğınların söndürülməsində yardım etmələri üçün digər ölkələrə də müraciət edib.