Qazaxıstanda yaşayan azərbaycanlı iş adamları yeni təşkilat təsis edib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü və yaxından köməyi ilə yaradılan, Qazaxıstanda fəaliyyət göstərən "Azərbaycanlı Sahibkarların İttifaqının qarşısında duran əsas məqsəd bu ölkədə xırda və orta bizneslə məşğul olan hüquqi və fiziki şəxslərə konsalting, marketinq xidmətləri göstərmək və onların hüquqlarını qorumaqdır. 

Unikal.org bildirir ki, ittifaqın sədri Gündüz Məmmədlinin verdiyi açıqlamaya görə, yeni təşkilat Qazaxıstanda fəaliyyət göstərən azərbaycanlı iş adamlarına və onların tərəf müqabillərinə böyük imkanlar açacaq. Yeni qurum prezident İlham Əliyevin tapşırığı ilə İqtisadiyyat Nazirliyinin ixracın təşviqi istiqamətində apardığı siyasətə uyğun olaraq Qazaxıstanda reallaşdırılması məqsədilə Azpromo ilə sıx əməkdaşlıq edəcək. Bununla əlaqədar təşkilat azərbaycanlı sahibkarlara Qazaxıstanda tərəfmüqabillərin tapılmasında, ölkəmizdə fəaliyyət göstərən istehsal müəssisələrinin, eləcə də kənd təsərufatı məhsullarının mütəmadi olaraq bu ölkədə satışının təşkil olunması uçün distrübitorlar, iri ticarət və topdansatış şirkətləri ilə birbaşa əlaqələrin qurulmasında mühüm rol oynayacaq, onların informasiya təminatında iştirak edəcək. Xırda və orta bizneslə məşgul olan azərbaycanlı sahibkarların fəaliyyətinin genişləndirilməsindən, Qazaxıstana Azərbaycan məhsullarının ixracı, bu məqsədlə yeni bazarların müəyyən edilməsi, eləcə də Qazaxıstandan ölkəmizə məhsullarının importunun təşkil edilməsində dəstək İttifaqın qarşısında duran mühüm vəzifələrdən olacaq. Gündüz Məmmədli xüsusi olaraq bildirib ki, "Made in Azərbaycan brendinin bu ölkədə təşviqi məqsədilə İttifaq mühüm layihələr həyata keçirəcək. Artıq Qazaxıstanın 6 vilyətində - Almatı, Qərbi Qazaxıstan, Manqıstau, Atırau, Akmola, Cənubi Qazaxıstan və Qızılorda Vilayətlərində səfirliyin yaxından iştirakı və köməyi ilə yerli Sahibkarlar Palatası ilə əməkdaşlıq barədə sazişlər və memorandumlar imzalanıb, konkret biznes layihələrinin icrası üçün işçi qruplar yaradılıb. Qazaxıstanda fəaliyyət göstərən azərbaycanlı iş adamlarından ibarət Sahibkarlar İttifaqı bu bazara uz tutan azərbaycanlı iş adamları və şirkətlərimiz arasında daimi işgüzar əlaqələrin yaradılmasını təmin edəcək, onlarla birgə investisiya layihələrinin və başqa təşəbbüskar layihələrin işlənməsinə köməkliyini əsirgəməyəcək. Gündüz Məmmədlinin sözlərinə görə, yeni qurum Azərbaycan səfirliyi ilə də sıx işləyəcək, özünün regional nümayəndəliklərini yaratmaqla inkişafını təmin edəcək. Qeyd edək ki, Gündüz Məmmədli 1978-ci ildə Bakıda anadan olub. 2005-2007-ci illərdə Qazaxıstanda "Green Apple və "Kazprofservice şirkətlərinin baş direktoru vəzifələrində çalışıb. 2008-ci ildən bu günə kimi "United Electronics şirkətinin təsisçisi və rəhbəri kimi fəaliyət göstərir. 9 ildən artıq Almaniyanın Siemens şirkətinin peşəkar elektrik mühəndislik və işıqlandırma sistemləri üzrə ixtisaslanmış şirkəti olan OSRAM markasının Qazaxıstan üzrə rəsmi partnyoru və distribütorudur. 2013-cü ildə Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyalar Assosiyasiyasının vitse-prezidenti seçilib.