Azərbaycanlı iş adamı Gürcüstanda yol-nəqliyyat hadisəsində ölüb.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə Gürcüstanın Qori şəhərində qeydə alınıb. Zaqatala rayonu, Yuxarı Tala kənd sakini, 1961-ci il təvəllüdlü Sabir Məmməd oğlu Şabanov idarə etdiyi "İsuzu markalı avtomobillə qəza törədib. Nəticədə sürücü aldığı xəsarətdən ölüb. Avtomobilində olan sərnişin isə xəsarət alıb.

Qeyd edək ki, S. Şabanov iş adamıdır. O, Zaqatalada bizneslə məşğul olub.