Ağdamda avtomobil piyadanı vuraraq öldürüb.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, yol qəzası rayonun Çəmənli kəndi ərazisində baş verib.

Vəliyev Razi Sabir oğlunun idarə etdiyi "Lada" markalı avtomobilyolun kənarı ilə hərəkət edənkənd sakini, 1955-ci il təvəllüdlü Əsgərov Mehdi Soltan oğlunu vuraraq öldürüb.

Hadisə yerində olan şahidlərin verdiyi xəbərə görə, sürücü yolun hərəkət istiqamətinin əksində avtomobili idarə edib və qarşıdan gələn piyadanıvurub. M.Əsgərov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.