YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə "Sədərək" yarmarkasından yazdı.

Unikal.org xəbər verir ki, deputat öz facebook səhifəsində bunları qeyd edib: 


"Dünən istirahət günü olduğunu nəzərə alaraq ailəmlə bir neçə əşya almaq üçün Sədərək yarmarkasına getdik. Ümumiyyətlə ora getməkdən xoşum gəlir, oranın nə isə xüsusi bir abu-havası var. Ailəm mağazalarda mal seçirdilər, mən isə ortadakı açıq balaca kafelərin birinə yaxınlaşıb bir stəkan çay sifariş verdim.

Mənə bir nəfər yaxınlaşıb məni tanıdığını bildiridi və son dövr iqtisadi çətinliklərlə bağlı suallar verməyə başladı. Bizə daha bir neçə nəfər də yaxınlaşdı və kiçik birinsan dairəsi yarandı. Sual sual dalınca bir 20 dəqiqəyə qədər söhbət etdik. Bildiyimi və düşündüyümü onlarla bölüşdüm, eləcə də bilmədiklərimi də dinlədim.

Çox xoş bir mənzərə idi, xalqımızın müdrikliyinə, düşüncəsinə, vətənpərvərliyinə həmişə valehəm. Kim nə deyir, desin, xalıqmız yaxşını pisdən seçə bilir, dövlətinə inanır".