"Star TV"də yayımlanan "Zühal Topalla izdivac verilişinin azərbaycanlı gəlin namizədi Naz Milanın nişanı olub.

Unikal.org-un  məlumatına görə, Naz ona namizəd olan Baha Selenbaşın evlilik təklifini qəbul edib. Cütlüyün nişan mərasimi proqramın ötən gün efirə gedən bölümündə baş tutub.

Naz canlı yayımda Azərbaycan milli rəqsini ifa edib.



Evlilik verilişindəki azərbaycanlı gəlin namizəd Naz nişanlandı - VİDEO