Bakıda dəhşətli yol qəzası baş verib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində Binəqədi-Mehdiabad yolunda "90 SC 886" nömrə nişanlı "Range Rover" ilə "90 MU 825" dövlət qeydiyyat nişanlı "VAZ 21 015" toqquşub.

Nəticədə avtomobillərdə olan şəxslərdən 2 nəfər hadisə yerində keçinib.

Daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.