Türk futbolunun canlı əfsanəsi Hakan Şükürün həbs edilən atası Selmet Şükürdən yeni xəbər var.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, FETÖ istintaqı çərçivəsində həbs edilən Selmet Şükür ev dustaqlığına buraxılıb.

Bu qərara onun xəstəliyi və müalicəyə ehtiyacı olması səbəb olub. Adabazarındakı evində qalan Selmet Şükürün daima elektronik qandalla təqib edəcəyi bildirilib.