Gürcüstandan Azərbaycana gələn Türkiyə vətəndaşı gömrük postunda ölüb.

Dövlət Gömrük Komitəsindən unikal.org-a verilən məlumata görə, bu gün səhər saatlarında Balakən Gömrük İdarəsinin "Mazımçay gömrük postunun piyada keçid xəttində Gürcüstandan respublikamıza gələn 1952-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Naim Tozlunun qəflətən halı pisləşib. 

Gömrük əməkdaşları ilkin yardım göstərib və əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, vətəndaşı xilas etmək mümkün olmayıb.

Tibbi personalın verdiyi ilkin rəyə əsasən Türkiyə Respublikasının vətəndaşı Naim Tozlu urək tutmasından vəfat edib.