Bakıda cinsi azlığın nümayəndəsini vuran maşın hadisə yerindən uzaqlaşıb. 
Unikal.org musavat.com-a istinadə xəbər verir ki, yol qızası Maştağa qəsəbəsində baş verib

Maştağa qəsəbəsində, "Dörd yol" kimi tanınan ərazidə 1977-ci il təvəllüdlü Bədəlov Ceyhun Arif oğlunu avtomobil vurub. Sürücü maşını saxlamayaraq, ərazidən uzaqlaşıb. Xəsarət alan C.Bədəlov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Ceyhun Bədəlovun verdiyi məlumata görə, onu "VAZ 2107 markalı avtomobil vurub.

Ceyhun Bədəlov Maştağa şossesində "Ceylo ləqəbi ilə tanınır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.