Astara rayonunun Maşğan kəndinin sakini Haqverdiyeva Şənanə 60 ildir öz həyətində sitrus meyvələri yetişdirir.

On övladı olan Şənanə xanım sovetlər dövründə qazancının yaxşı olduğunu desə də, hazırda yetişdirdiyi meyvələri istədiyi qiymətə sata bilmədiyini qeyd edir.

Ancaq o, əlavə edir ki, ailəsinin dolanışığı bu sahədədir.

Unikal.org xəbər verir ki, Maşğan kəndinin sakinilə BBC Azərbaycancanın müxbiri Günel Səfər danışıb.