Türkiyədə teatr aktyorlarını aparan mikroavtobus qəzaya düşüb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Nevşehir şəhərində baş verib.
"Gözyaşı geceləri" adlı teatrın aktyor heyəti Nevşehirə gedərkən sürücü idarəetməni itirib və mikroavtobus qəza törədib. Nəticədə 25 yaşlı aktyor Muhammet Tiyek ölüb. Sürücü Bekir Erdem Öz isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Sürücünün komada olduğu bildirilir.

Qəzaya görə Nevşehir Kapodokiya Mədəniyyət Mərkəzində nümayiş olunacaq "Son kale" tamaşası ləgv edilib.