Prezident İlhjam Əliyev Albaniya Respublikasının Prezidenti Zati-aliləri cənab Buyar Nişaniyə məktub ünvanlayıb.

Unikal.org xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Albaniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Prezident Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Əbdüləzizədə məktub ümvanlayıb.

"Hörmətli cənab Prezident,

Mavritaniya İslam Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və firavanlıq arzulayıram".