Madrid "Realının futbolçusu İsko klubunu dəyişə bilər. 

Unikal.org İspaniya mətbuatına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ilə "Barselona maraqlanır.

Kataloniyalılar "Realla 2018-ci ilə qədər müqaviləsi olan futbolçunu heyətlərinə qatmaq niyyətindədilər. "Barselona rəhbərliyi İsko ilə ən pis halda, "qalaktikosla sözləşməsi başa çatandan sonra da anlaşmağa razıdı.

Qeyd edək ki, 2013-cü ildən "Realın formasını geyinən İsko hazırkı komandasında bu vaxta qədər 161 oyunda 24 qola imza atıb.