Samux rayonunda 4 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Samux rayonu, Sərkar kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evə bitşik talvar yanğından mühafizə olunub. Yanğın söndürülüb.