Şəkidə 31 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb. 

Unikal.org  xəbər verir ki, hadisə bu gecə saat 4 radələrində Şəki şəhəri, Səlahəddin Kazımov küçəsi ev 12 ünvanında baş verib.

1987-ci il təvəllüdlü Arzu Aydın qızı Əliməmmədova yaşadığı evin vanna otağında huşsuz vəziyyətdə qaynanası tərəfindən aşkar edilib. Hadisə yerinə çağırılmış həkimlərin müayinəsi zamanı iki uşaq anası olan Arzu Əliməmmədovanın hamam otağında paltar yuyarkən dəm qazından zəhərləndiyi məlum olub.