Xüsusi çaylar vasitəsiylə artıq çəkidən azad olmaq istəyən xanımlar diqqətli olmalıdır.

Unikal.org-un məlumatına görə, ABŞ-da yaşayan 26 yaşlı xanım hamiləliyə qarşı dərmanlardan istifadə etməsinə baxmayaraq, hamilə qalıb. Həkimə müraciət edən Nayomi adlı qadın, dərmanların hamiləliyə qarşı niyə fayda vermədiyini üzə çıxarıb.

Məlum olub ki, onun arıqlamaq üçün qəbul etdiyi çay hamiləliyə qarşı dərmanın təsirini azaldıb. O, uşaq sahibi olub. Həkimlər arıqlamaq üçün xüsusi çaylardan istifadə edən xanımlara diqqətli olmağı tövsiyyə edib.